7 aydır belədir, bizim günahımız deyil – Kremldən İrəvan etirafı

Ermənistan Rusiya ilə xarici işlər və müdafiə nazirləri səviyyəsində kontakta artıq maraq göstərmir. Bu isə Qərbin Ermənistana təzyiqinin nəticəsidir.  

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“2023-cü ilin noyabrından XİN başçıları görüşmür. Tərəfdaşlarımızı XİN-lər arasında daha bir konsultasiya proqramının hazırlanması təklifi maraqlandırmadı. Müdafiə sahəsindəki idarələr arasında kontaktların dinamikasının gözlə görünən qədər aşağı enməsi bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da azalıb. Biz buna Qərb ölkələrinin təzyiqinin nəticəsi kimi baxırıq”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az