Azərbaycan Ukraynaya nə qədər yardım edib? – Məbləğ açıqlandı

Azərbaycan Respublikasının Ukraynaya humanitar yardımı bu il də davam edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, ümumilikdə, Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.