AZAL-ın pilotu uçuşdan imtina etdi – “Bu, risklidir” – YENİLƏNİB

Bu dəqiqələrdə təyyarə havaya qalxıb.


***09:50

Sentyabrın 22-də AZAL-ın Bakı-Praqa aviareysini həyata keçirən təyyarəsində texniki problem yaranıb. Bu səbəbdən uçuş təxirə düşüb.

Globalinfo.az-a sərnişinlərdən daxil olan məlumata görə, təxminən 2 saatlıq araşdırmadan sonra pilot təyyarə ilə uçmağın riskli olduğunu bildirib və uçuşdan imtina edib. Onun bu sözlərini sərnişinlər eşidiblər.

Bundan sonra AZAL təyyarəni dəyişmək qərarına gəlib. Hazırda sərnişinlər ikinci təyyarəyə yerləşdiriliblər.

Birinci təyyarə AİRBUS -A 319 olub. Uçması nəzərdə tutulan təyyarə isə AİRBUS-A 320 markalıdır.

Sərnişinlərin bildirdiyinə görə, Bakı vaxtı ilə saat 07:00-da uçmalı olan təyyarə hələ də yola düşməyib, buna səbəb uçuş planının dəyişməsidir. Planın dəyişməsi səbəbindən yenidən sənədləşmə aparılır. Proses başa çatdıqdan sonra uçuşun həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki, son vaxtlar AZAL-ın təyyarələrində texniki problemlər çoxalıb. Ona görə analoji vəziyyət tez-tez yaranır.

Ayşən Mustafa
Globalinfo.az