“Avropa İttifaqı (Aİ) mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına müdaxilə etməməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto sosial şəbəkə hesabında yazıb.
“Türkiyədə Rusiya-Ukrayna danışıqları uğurlu olarsa, bu həftə bütün dünya üçün gözəl ola bilər”, – o bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə İstanbul danışıqlarının bərpa edilməsini təklif edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə atəşkəs olacağı təqdirdə, mayın 15-də Putini İstanbulda şəxsən gözləyəcəyini yazıb.
Əliyar Xəlil
Globalinfo.az