Rusiya həmin əsgərlərini itirdi – Zelenski

“Ukraynanın hazırkı vəziyyətdə atəşkəsə razılaşması Rusiyaya yenidən özünü toparlamaq, bölmələrini gücləndirmək və təkrar hücumdan əvvəl ehtiyatlarını artırmaq şansı verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tallində estoniyalı həmkarı Alar Karrislə birgə mətbuat konfransında deyib.

Zelenski estoniyalı jurnalistin atəşkəs razılaşması ilə bağlı sualını cavablandırıb:

“Rusiya çox sayda təcrübəli əsgərlərini – Çeçenistanda və Suriyada döyüşən hərbçilərini itirib, “Vaqner” muzdlu dəstəsi də məhv edilib. Onların İrandan “Şahed” dronları almağa çalışmaları təsadüfi deyil və Şimali Koreya da daxil olmaqla bəzi ölkələrlə hərbi sursatların tədarükü üçün danışıqlar aparırlar.

Niyə belə edirlər? Davam edə bilmədiklərinə görə. Anbarları boşalır, ancaq döyüşlərdə fasilə olarsa və Rusiyaya iki-üç il vaxt verilərsə, onlar öz güclərini bərpa edə və döyüş meydanında üstünlüyü təmin edə bilərlər”.