Avropadan Ukraynaya növbəti yardım – Məbləğ

Avropa İttifaqı liderləri Ukraynaya 50 milyard avro maliyyə yardımı ayrılması barədə razılıq əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” hesabında bildirib.

“Bizim razılaşmamız var. 27 liderin hamısı Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün davamlı, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyəni təmin edəcək Aİ Ukraynaya dəstək məsələsində liderlik və məsuliyyəti öz üzərinə götürür, biz nəyin təhlükədə olduğunu bilirik”, – paylaşımında bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında Macarıstan bu qərarı bloklamışdı.