Avropa yeni müharibənin qapısından döndü – Razılaşma

Serbiya və Kosova Brüsseldə avtomobil nömrələri ətrafında yaranan mübahisənin həlli ilə bağlı razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrel deyib.

Tərəflərin qarşılıqlı şəkildə bir-birini qıcıqlandıracaq addımlardan qaçacağını bildirən Borrel yaxın zamanlarda onların yenidən bir araya gələcəyini söyləyib.

Qeyd edək ki, bir neçə ay öncə Kosovadakı serblər böyük etiraz aksiyalarına start veriblər. Buna səbəb Kosova hökumətinin Serbiyadan verilən avtomobil nömrələrini tanımaqdan imtina etməsi və bu maşınları tezliklə cərimə edəcəyini açıqlaması olub. Etirazların böyüməsi tezliklə hər iki tərəfin sərhədə böyük ordu bölmələri yığmasına şərait yaradıb.

İlkin
Globalinfo.az