“Avropa Trampın mümkün qələbəsi fonunda ABŞ-ın Ukrayna ilə bağlı siyasi kursunu dəyişməyə hazırlaşır”.
Globalinfo.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Qəzetin yazdığına görə, Respublikaçıların prezidentliyə namizədi qalib gəlsə, Avropa ölkələri Vaşinqtonla əlaqələrin zəifləyəcəyini və ticarət müharibələrinin başlanacağını gözləyirlər.
“Vaşinqtonun Avropadakı ən yaxın müttəfiqləri Donald Trampın qələbəsi fonunda transatlantik münasibətlərin mümkün pozulmasına hazırlaşır. Belə ki, 15 siyasətçi, diplomat və analitiklə söhbətə əsaslanaraq bu qənaətə gəlmək mümkündür. Çünki Tramp Ukraynanı əraziləri verməyə məcbur etməklə müharibəni bitirəcəyini açıq şəkildə bəyan edib. Avropa rəsmiləri etiraf edirlər ki, ABŞ-ın müdafiə dəstəyinin itirilməsi sarsıdıcı zərbə olacaq. Ukraynadakı münaqişə avropalılar üçün təkbaşına dayanmağın nə qədər çətin olacağını göstərəcək”, – deyə nəşr vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az