1772308447 1763296327 netanyahu

ABŞİran arasında atəşkəs razılaşması İsraili qarışdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “KAN” dövlət televiziyası məlumat yayıb.

Prezident Donald Trampın qərarı bizi təəccübləndirdi. Hər şey həll olunmuş kimi görünürdü, amma son anda atəşkəsdən xəbər aldıq”, – deyə adı açıqlanmayan bir İsrail rəsmisi deyib.

O, Təl-Əvivin atəşkəsə sadiq qaldığını əlavə edib.

Lakin İsrail müxalifəti atəşkəs qərarına mənfi reaksiya verib. Müxalifət lideri Yair Lapid qeyd edib ki, İsrail tarixində heç vaxt belə bir siyasi fəlakət yaşanmayıb:

“Milli təhlükəsizliyimizin təməlləri ilə bağlı qərarlar qəbul edilərkən İsrail hətta danışıqlar masasında belə deyildi. Baş nazir Benyamin Netanyahu siyasi, strateji cəhətdən uğursuzluğa düçar olub və qarşısına qoyduğu məqsədlərdən birinə də çata bilməyib. Onun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırmanın olmamasının yaratdığı ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: