Abbas araqci 9

İran Hindistan və Pakistan arasında gərginliyin azaldılması üçün vasitəçi kimi öz xidmətlərini təklif edir.

Globalinfo.az-ın “Azad İran” “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı “X” sosial şəbəkəsində yazıb.

“Hindistan və Pakistan İranın qardaş qonşularıdır və əlaqələri çoxəsrlik mədəni və sivilizasiya bağları üzərində qurulub. Digər qonşular kimi, biz də onları özümüz üçün əsas prioritet hesab edirik”, – deyə Araqçı bildirib.

Paylaş: