Araik oturaq aksiyadan sonra bunu edəcəkmiş – Gizli razılaşma


Ermənistan Baş naziri Nikol Paşinyanla separatçıların lideri Araik Arutyunyan arasında münasibətlər gərginləşib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Belə ki, Arutyunyanın son müsahibələrində etdiyi çıxışlar Paşinyanın xoşuna gəlməyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaşanıb.

Qeyd olunur ki, Arutyunyan oturaq aksiyadan sonra istefaya getməsi ilə bağlı Nikol Paşinyanla aralarındakı gizli razılaşmanı pozub. İndi isə İrəvanda separatçıların liderinin zor tətbiq edilməklə “hakimiyyət”dən uzaqlaşdırılması variantı nəzərdən keçirilir. Bunun qondarma “parlament” və ya çevriliş vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Araikin yerinə separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın gətiriləcəyi ehtimal olunur.

Tamerlan Yayaqan
Globalinfo.az