putin zelenski 900x472 2

“ABŞ Ukraynadakı münaqişənin nizamlanması üçün Donbas məsələsinin həllinə dair müxtəlif variantlar axtarır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dublində keçirdiyi mətbuat konfransında deyib.

“Əlbəttə, onlar diqqətlərini bu məsələyə yönəldirlər. Düşünürlər ki, müharibənin dayandırılması üçün biz öz ərazimizdən çıxmalıyıq. Ölkəmizin müstəqilliyindən söhbət gedəndə bizimlə bu cür danışmaq mümkün deyil. Onlar bunun müxtəlif alternativ variantlarını tapmağa çalışırlar. Mən də fərqli təkliflər eşitmişəm”, – deyə o bildirib.

Zelenski əlavə edib ki, bütün bu variantları müzakirə etmək üçün saatlarla vaxt lazım olacaq.

O, həmçinin vurğulayıb ki, ərazi məsələsi liderlər səviyyəsində müzakirə edilməlidir.

Qeyd edək ki, noyabrın 10-da Zelenski Donbas ərazisindən Ukrayna Silahlı Qüvvələrinin çıxarılmasının münaqişənin başa çatması üçün kifayət etməyəcəyini bildirib. O, həmçinin ABŞ-ın Kiyevə Donbasdan imtina etmək müqabilində NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təklif etdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: