zelenski 1

Rusiya ordusu Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən elektrik yarımstansiyalarına zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərbələr Jitomir şəhərində yerləşən 330 və 110 kilovoltluq iki elektrik yarımstansiyasına endirilib.

Bundan bir gün əvvəl isə Rusiya Silahlı Qüvvələri Volodimir Zelenskinin doğma şəhəri Krivoy Roqa zərbə endirmişdi.

Jitomirdəki obyektlərə zərbə Əbu-Dabidə üçtərəfli danışıqların başa çatması və Zelenskinin hər hansı ərazi güzəştlərindən imtina etdiyini bəyan etməsi fonunda həyata keçirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: