Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları üzə çıxıb.
Globalinfo.az-ın məlumatına görə avtomobildə olan Qılıncbəyli kənd sakinləri Elgün Abbasov, Rufan Səfərov və Eşqin Abbasov sinif yoldaşları olublar.
Məlumata görə, onlar qəzadan əvvəl rayonda fəaliyyət göstərən restoranlardan birində yeyib-içiblər. Hadisə dostlar restorandan çıxaraq evə qayıdarkən baş verib.
1995-ci il təvəllüdlü Elgün Abbasov və onun həmyaşıdı Eşqin Abbasov dünyasını dəyişib.
Sürücü və sərnişinlərin sərxoş vəziyyətdə olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elgün Abbasov
Eşqin Abbasov
