netanyahu 1781092551 900x565 1

İsrail ABŞ-ın əvəzsiz hərbi yardımını mərhələli şəkildə dayandırmağı və Vaşinqtonla münasibətlərini bərabərhüquqlu strateji tərəfdaşlıq prinsipləri əsasında yenidən qurmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Ofis vurğulayıb ki, Netanyahu təxminən 30 il əvvəl həcmi 1 milyard dollardan çox olan ABŞ-ın birbaşa iqtisadi yardımının mərhələli şəkildə dayandırılması ilə bağlı öhdəlik götürüb və bu vədinə tam əməl edib.

Bildirilib ki, hazırda İsrail iqtisadiyyatı ABŞ-ın büdcə subsidiyalarına arxalanmadan öz müdafiə ehtiyaclarını müstəqil şəkildə maliyyələşdirmək üçün kifayət qədər yetkinlik və maliyyə sabitliyi səviyyəsinə çatıb.

Bu addım ikitərəfli münasibətlərə fundamental şəkildə yenidən baxılması və xarici himayə modelindən tamhüquqlu müttəfiqlik tərəfdaşlığına keçid kimi qiymətləndirilir.

İsrail Baş nazirinin ofisi ABŞ dövlət katibi Marko Rubionun mövqeyinə də istinad edib.

Rubio qrant proqramlarından imtina təklifinin birbaşa İsrail tərəfindən irəli sürüldüyünü və ölkənin silah tədarükü müqavilələrini müstəqil şəkildə maliyyələşdirməyə hazır olduğunu təsdiqləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: