mos

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin olduğu təyyarə Moskvaya gəlib.

Globalinfo.az xəbər verir ki, onları Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev qarşılayıb.

Gözlənilir ki, günün birinci yarısında amerikalı nümayəndələr Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcəklər.

Prezidentin köməkçisi Yuri Uşakov danışıqların aparılmasına hazır olduqlarını təsdiqləyib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə görüşün nəticələri ilə bağlı əvvəlcədən proqnoz verməkdən çəkinməyə çağırıb.

Amerika nümayəndələrinin Moskvaya səfəri Ukrayna nümayəndə heyətinin də iştirak etdiyi Əbu-Dabidəki iki günlük danışıqların başa çatmasından bir gün sonraya təsadüf edib.

Cared Kuşner daha əvvəl bildirmişdi ki, Moskvada həmin məsləhətləşmələrin nəticələrini müzakirə etmək və ABŞ tərəfinin Kiyev və Avropalı tərəfdaşlarla ilkin razılığa gəldiyi təklifləri təqdim etmək niyyətindədir.

Qeyd edək ki, Əbu-Dabidə keçirilən danışıqların nəticəsi olaraq əsir mübadiləsi və yeni səfərlərlə bağlı razılıq əldə olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: