“İrəvan hökumətinin “artsax rəhbərliyi” ilə bağlı ittihamları sadəcə spekulyasiyadır. Ərazinin itirilməsində Samvel Şahramanyanı ittiham etmək əsassızdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.
Köçəryan qondarma rejimin “lideri” Araik Arutyunyanın “istefa” məsələsinin üç dəfə qaldırıldığını bildirib:
“Mən “artsaxın blokadası” zamanı keçmiş “liderlər” Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqə saxlayırdım. Biz demək olar ki, hər gün danışırdıq. Araik Arutyunyan üç dəfə istefa verməyə çalışıb. O, artıq “rəhbərlik” edə bilməyəcəyini, digərlərinə sözünün keçmədiyini deyib. Düşünüb-daşınıb, fikrini toplayıb və yekunda geri çəkilməyə qərar verib. Beləliklə Şahramanyanı və daha üç nəfəri “artsax”ın məsuliyyətini üzərlərinə götürməyə inandırıb. Arutyunyan bunu edərkən Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıb və hər şeyi ona deyib. Mən Samvel Şahramanyanı tanımırdım, xahiş etdilər ki, ona təbrik göndərim”.
Ayşən Mustafa
Globalinfo.az