Paşinyanla Araik arasında dava: “Sənin yerinə…”

Ermənistan Baş naziri Nikol Paşinyanla Xankəndidəki separatçı rejimin “rəhbəri” Araik Arutyunyan arasında qalmaqal yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistanın Teleqram kanalları yayıb.

Belə ki, Arutyunyanın Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşündə heç bir irəliləyişin olmayacağını deməsi Paşinyanın qəzəbinə səbəb olub. Paşinyanın Arutyunyana daha sərt cavab göndərdiyi bildirilib.

“Heç kim sənin yerinə işləyib və sərfəli danışıqlar formatı yaratmayacaq”, – Paşinyan Arutyunyana deyib.

Sosial şəbəkələrdə bu xəbərlə yanaşı İrəvanın Xankəndiyə humanitar yardımları dayandıracağı vurğulanıb.

İlkin Həsənov
Globalinfo.az