ABŞ-da Ukrayna münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslər üzərində müzakirələr aparılır. Bu çərçivədə bir qrup amerikalı generalın yaxın günlərdə Moskvaya səfəri mümkündür.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Mənbə yazır ki, səfərin məqsədi ABŞ-ın təklif etdiyi sülh planının şərtlərini Rusiya tərəfi ilə müzakirə etməkdir.
Nəşrin qeydinə görə, səfər böyük ehtimalla gələn həftənin sonunda baş tuta bilər.
Tahir Turan
Globalinfo.az