Brenda

Amerikalı ekspert Brenda Şefer Günaz TV-nin təsisçisi, Güney Azərbaycanlı fəal Əhməd Obalı və oğlunun ABŞ-da ölümcül döyülməsinə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, ekspert bunu İranın əməli adlandırıb:

“İran hazırda cinayət çılğınlığındadır. Son iki həftədə İranda əhvazı əsilli İsveç vətəndaşı Həbib Çaab da daxil olmaqla 60 nəfər edam edilib. Bu həftə sonu isə Əhməd Obalıya sui-qəsd təşkil ediblər”.

Qeyd edək ki, Əhməd Obalı hazırda reanimasiyadadır. Cinayətkarların polis tərəfindən saxlanıldığı bildirilsə də, hadisənin detalları məlum deyil.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: