İlk dəfə keçirilən forumun birinci günü başa çatdı – YENİLƏNİB

İlk dəfə keçirilən “Azərbaycan dili və Ədəbiyyatı” Forumunun birinci günü başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən forumun ilk günü Şamaxıda keçirilib.

Forumda ölkənin tanınmış ədəbiyyatşünasları, yazıçı və şairləri, həmçinin dilçi alimləri, filoloqları iştirak edib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli Teatr və Kino Forumlarının ardından Azərbaycan dili və Ədəbiyyatı Forumunun keçirilməsinin vacibliyindən danışıb.

Nazir Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşdiyini deyib.

“İlk dəfə olaraq Azərbaycan dili mədəniyyət sahəsi əsas sahəsi kimi müəyyənləşməsi nəzərdə tutulub. Nə qədər dilimiz kənar təsirlərdən təmizlənərsə, bir o qədər digər sahələr də inkişaf edəcək”.

Forumda açılış nitqləri yekunlaşdıqdan sonra panel müzakirələri keçirilib.

Birinci panel müzakirə qloballaşma prosesinin Azərbaycan dilinə təsiri və dilin saflığının qorunması məsələsinə həsr edilib.

İkinci panel isə, ədəbiyyatda klassik ənənə və yeni metodlar arasındakı qarşılıqlı əlaqə və digər bu kimi məsələlərə həsr olunub.

Panel müzakirələrinin ardından sual-cavab və müzakirə hissələri də olub və forumun ilk gününə yekun vurulub.

Xatırladaq ki, Azərbaycan dili və ədəbiyyatı Forumu 2 və 3 sentyabrda da öz işini davam etdirəcək.

Forumun ikinci günü və qapanış mərasimi Bakıda – Gülüstan Sarayında keçiriləcək.

Qeyd edək ki, bundan öncə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Teatr və Kino Forumları da keçirilib.

"Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb"Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb"Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb"Azərbaycan dili və Ədəbiyyatı" Forumunun birinci günü başa çatıb

***10:13

İlk dəfə keçirilən “Azərbaycan dili və Ədəbiyyatı” Forumu işə başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən forum Şamaxıda keçirilir.

Forumda ölkənin tanınmış ədəbiyyatşünasları, yazıçı və şairləri, həmçinin dilçi alimləri, filoloqları iştirak edir.

Şamaxıda "Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb - FOTO Şamaxıda "Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb - FOTO Şamaxıda "Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb - FOTO Şamaxıda "Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb - FOTO