Aİ Ukraynaya daha 5 milyard avroluq yardım ayırdı

Avropa İttifaqı Şurası Ukraynaya daha 5 milyard avroluq yardım ayırıb.

Globalinfo.az bildirir ki, “Report”un verdiyi xəbərə görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal tviterdə yazıb.

O, dəstəyə görə Aİ ölkələrinə minnətdarlığını bildirib:

“Sizin hər birinizin səsi bizim qələbəmizə mühüm töhfədir”, – o bildirib.