Ağdərədən çıxan ermənilər yolu minaladı – FOTO

Ordumuzun keçirdiyi lokal antiterror əməliyyatlarından sonra qanunsuz erməni silahlıları Ağdərəni tərk edir.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, separatçılar rayonu tərk edərkən də təxribat törətməkdə davam ediblər. Belə ki, Ağdərədən çıxan separatçılar asfalt yolu minalayıblar.

Hərbçilərimiz tərəfindən minalar zərərsizləşdirilərək götürülüb.