Sırxavənddə narkotik plantasiyası aşkarlandı – FOTO

Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Ağdam rayonun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. Hazırda DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir.

Separatçılar tərəfindən plantasiya ərazisi mühafizə zonasına daxil olub. Ərazidə gözətçi qülləsi var və silahlı mühafizəçilər ərazidə xidmət aparıblar. Əlavə olaraq ərazidən 4 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb.

Ağdamın Sırxavənd kəndində separatçıların narkotik plantasiyası aşkarlanıb - FOTO