
Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.
32-BE-883 dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə “Lada Priora” işıq dirəyinə çırpılıb.
Qəza zamanı bir nəfər – Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Orxan Salman oğlu Hüseynov həyatını itirib.
Onun həmkəndlisi, 1983-cü il təvəllüdlü Emin Raquf oğlu Məmmədov və digər iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.