Qəzada yaralanan 4 nəfərlə bağlı TƏBİB-dən açıqlama

xestexana 2

Salyanda yol qəzasına düşən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Report” un sorğusuna cavab olaraq bildirilib ki, saat 07:40 radələrində baş verən qəzada xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:

“Onlara zəruri tibbi xidmətlər göstərilib, hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir. Vəziyyətləri isə orta ağırdır”, – məlumatda qeyd olunur.

***11:04

Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hunday” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Könül Ərəstun qızı Bağırova, 1989-cu il təvəllüdlü Elşən Ərəstun oğlu Bağırov, 1993-cü il təvəllüdlü Pərvin Vüqar qızı Bağırova və 2023-cü il təvəllüdlü Ruqayyə Elşən qızı Bağırova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.