Ağalarovlar “Krokus” qurbanları üçün 100 milyon ayırdı

Araz və Emin Ağalarovlar “Krokus Siti Holl”da terakt qurbanlarına yardım üçün 100 milyon rubl ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Bildirilib ki, vəsait xəsarət alanların ailələrinə müalicə, bərpa, reabilitasiya və digər ehtiyaclarını ödəmək üçün yönəldilib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Hadisə nəticəsində 140 adam ölüb, 360 nəfər yaralanıb.

İŞİD teraktın məsuliyyətini öz üzərinə götürüb.