503498009 1062053579354715 3036854792308885861 n

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin və Liyanyunqanq şəhərinin rəsmiləri ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu diqqətə çatdırılıb.

Eyni zamanda, “Kəmər və yol” meqa layihəsinin mühüm komponentlərindən olan Liyanyunqanq şəhərində hazırda “Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi üzrə işlərin aparıldığı bildirilib.

whatsapp image 2025 06 03 at 41049 pm 503686081 1062053602688046 2817659762124068497 n 503569199 1062053626021377 7090820185573779502 n 503688209 1062053576021382 2696151999215796906 n

Paylaş: