“Ac” ermənilərlə bağlı gerçək – Rusiya yardımının aqibəti…

Qarabağdakı separatçılar əhalinin aclıqdan əziyyət çəkdiyini bildirsələr də, Rusiyanın Qızıl Xaç Cəmiyyətinin göndərdiyi yardımı hələ də paylamayıblar.

Globalinfo.az xəbər verir ki, bu amil Qarabağdakı insanların vəziyyətinin “ağır” olması ilə bağlı deyilənlərin uydurma olduğunu göstərir.

Məlumata görə, yardımın paylanması məsələsi də ermənilər arasında fikir ayrılığına səbəb olub.

Qeyd edək ki, ötən gün yardımın müəyyən kateqoriya əsasında bölünəcəyi açıqlanmışdı.

Tamerlan Yayaqan
Globalinfo.az