ABŞ Ukraynaya yardım göndərir – Senat təsdiqlədi

ABŞ Senatı səsvermədən sonra Vaşinqtonun müttəfiqlərinə – Ukrayna, İsrail və Tayvana xarici yardımla bağlı qanun layihələri paketini qəbul edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Senat həmçinin Rusiyanın dondurulmuş aktivlərinin faktiki olaraq Ukraynaya verilməsinə görə müsadirə olunmasını və Çinə qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.

Təşəbbüsü 79 senator dəstəkləyib, 18 qanunverici isə təşəbbüsün əleyhinə çıxıb.

İndi qanun layihəsi aprelin 24-də sənədi imzalamaq niyyətində olan ABŞ Prezidenti Co Baydenə göndəriləcək ki, Ağ Ev rəhbəri Kiyevə silah tədarükünü bu həftə bərpa etsin.