
ABŞ Milli Kəşfiyyatı Ukrayna ərazisində qarayara və Ebola virusunun mövcudluğu ilə bağlı məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, sənəd Rusiya mətbuatı tərəfindən əldə olunub.
Məlumata görə, siyahıda qarayara və Ebola ilə yanaşı, tulyaremiya, vərəm, donuz qızdırması, Nyukasl xəstəliyi, Yaxın Şərq tənəffüs sindromu (MERS), ağır kəskin tənəffüs sindromu (SARS), Marburq və Lassa qızdırmaları, eləcə də vəba və digər infeksion xəstəliklər də yer alıb.
Bundan əvvəl yayılan məlumatlarda isə Afrika donuz taununa görə Ukrayna Silahlı Qüvvələrinin konservləşdirilmiş donuz əti ilə təminatında problemlər yarandığı bildirilmişdi.
Tahir Turan