us apache helicopter mar12 25 scaled

İran Oman sahillərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Apache” helikopterini vurmağı planlaşdırmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” televiziyası öz mənbələrinə istinadən bildirib.

Kanalın məlumatına görə, İran vasitəçilərə hadisənin qəsdən törədilmədiyi barədə məlumat verib. “Əl-Ərəbiyyə” vurğulayıb ki, İslam Respublikası ABŞ ilə danışıqlardan imtina etmir və diplomatik danışıqlara sadiqdir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranın Hörmüz boğazı üzərində Amerikanın “Apache” helikopterini vurduğunu və ABŞ-ın bu hücuma cavab verməli olduğunu bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: