“Tehranın ABŞ-a cavabı güclü, gözlənilməz olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının rəsmi nümayəndəsi Xatəm əl-Ənbiya deyib.
“İslam döyüşçüləri bu cinayətə görə sizə güclü və məqsədyönlü əməliyyatlarla cavab verəcəklər. Bunun da ciddi və gözlənilməz nəticələri olacaq. ABŞ-ı peşman edəcəyik”.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İrandakı üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana hücum edib.
Əliyar Xəlil
Globalinfo.az