ABS

ABŞ Federal Təhqiqatlar Bürosu keçmiş əks-kəşfiyyat əməkdaşı Moniaa Uitt barədə məlumat verən şəxslərə 200 min dollar mükafat elan edib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, Monika Uitt 2013-cü ildə İrana qaçıb və həmin vaxtdan etibarən İslam Respublikasının xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.

ABŞ tərəfi bildirir ki, o, keçmiş həmkarlarına qarşı əməliyyatların aparılmasına yardım edib, həmçinin Pentaqonun məxfi proqramlarından birinin kod adını və gizli məqsədlərini açıqlayıb.

ABŞ məhkəməsi Monika Uitti qiyabi şəkildə casusluqda təqsirli bilib. FTB isə onun yerinin müəyyənləşdirilməsi üçün beynəlxalq axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, Monika Uitt özünü vaxtilə ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının internet izləmə proqramlarını ifşa edən Edward Snovden ilə müqayisələndirir. O, daha əvvəl Rusiyaya köçmək istədiyini də açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: