“Bayden administrasiyası Ermənistanla strateji tərəfdaşlıq barədə xartiyaya imza atmaqla ABŞ-ın Cənubi Qafqazdakı siyasətinin nəticələrini möhkəmləndirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu “İzvestiya” müsahibəsində rusiyalı politoloq Dmitri Sidorov deyib.
O növbəti administrasiyanın bu xətti davam etdirib-etdirməyəcəyinin sual altında olduğunu bildirib:
“ABŞ-Ermənistan münasibətləri siyasi xarakter daşıyır. Vaşinqton İrəvan qarşısında ciddi öhdəlik götürməyə hazırlaşmır”.
O, sözügedən sənədin ABŞ-ı İrəvanın yer alacağı konfliktlərdə iştirakını təmin etmədiyini bildirib. Sidorov Paşinyanın bundan sonra da Rusiyadan uzaqlaşmağa davam edəcəyini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az