ABŞ İrandan nəyi xahiş edib? – Cəmşidi AÇIQLADI

“Amerika rəsmiləri bizdən onların mövqelərinə hücum etməməyi istəyiblər”.

Globalinfo.az xəbər verir ki, bunu İranın siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi deyib.

O bildirib ki, Vaşinqton administrasiyası İrandan Amerika mövqelərinə hücum etməməyi xahiş edib.

“İran yazılı mesajında ​​ABŞ-a İsrailin Baş naziri Benyamin Netanyahunun tələsinə düşməmək və zərər görməmək üçün geri çəkilmək barədə xəbərdarlıq edib. Vaşinqton isə buna cavab olaraq İrandan Amerika hədəflərinə hücum etməməyi xahiş edib”, – deyə Cəmşidi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az