IMG 9111

ABŞ İranın enerji infrastrukturuna zərbələri ikihəftəlik müddətə təxirə salır. Bu müddət ərzində İranla ikitərəfli atəşkəs qüvvədə olacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp açıqlama yayıb.

O, İranın 10 maddəlik təklifini “danışıqlar üçün əsas” adlandırıb və qeyd edib ki, əksər mübahisəli məsələlərlə bağlı razılıq var.

Tramp bu müddət ərzində İranla tam razılıq əldə ediləcəyinə inandığını bildirib.

Aysel Əliyeva 

Globalinfo.az

Paylaş: