moskva 12

“Ukraynaya silah tədarükü sülh prosesinin nizamlanmasına mane olurdu. Həmçinin NATO ölkələrini birbaşa münaqişəyə cəlb edirdi”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Kreml sözçüsü məsələnin detallarının ətraflı öyrənilməli olduğunu bildirib:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha öncə Ukraynaya silah daşıyan istənilən yükün Moskva üçün qanuni hədəf olacağını açıqlamışdı. ABŞ və NATO münaqişədə birbaşa iştirak edir. Bu sadəcə silah tədarükünə görə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması məsələsi var. Daha əvvəl də bəyan etmişik ki, Qərbin Kiyevə silah göndərməsi danışıqlara müsbət təsir göstərməyəcək”.

D.Peskov Ukraynaya indiyə kimi ən çox silah dəstəyini ABŞ-ın göstərdiyini açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: