ABŞ-ın raket həmləsi: Putin cavab veriləcəyini ELAN ETDİ

1687771485 1684410793 1676956310 1672059595 107170422 16717337232022 12 22t182143z 934003418 rc25by9yeknw rtrmadp 0 ukraine crisis russia putin

“ABŞ silahları Almaniyada yerləşdirilsə, Rusiya öz zərbə vasitələrinin yerləşdirilməsi ilə bağlı tətbiq etdiyi moratoriumdan imtina edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, hazırkı vəziyyətin soyuq müharibə dövrünü xatırlatdığını bildirib:

“ABŞ tərəfindən belə planların reallaşdırılmasına görə orta və yaxınmənzilli zərbə vasitələrinin yerləşdirilməsi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikdən vaz keçəcəyik. Buraya həmçinin hərbi dəniz  donanmamızın sahil qüvvələrinin imkanlarının artırılması da daxildir. AB, və onun Avropadakı peyklərinin fəaliyyətlərini nəzərə alaraq güzgü addımlar atacağıq”.

Qeyd edək ki, ABŞ 2026-cı ilə qədər Almaniyada özünün uzağı vuran sistemlərini yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Bu sistemlər sırasında SM-6, “Tomahavk” raketlərinin daxil olacağı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az