ABŞ hərbi texnikası Ermənistana köçürülür?

zglUeHSADExjVXDdQKzb0gDjOqjlpW2URAWefQ49 1200

“Rusiya tərəfi ABŞ-ın Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə müxtəlif avadanlıq və texnika köçürmək niyyətində olduğu ilə bağlı xəbərləri görüb”.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu mövzuda NEWS.ru-nun sualına cavab verərək qeyd edib ki, əgər məlumat təsdiqlənərsə, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün pozucu amil olacaq.

“Mən indi hər hansı hipotetik fərziyyələr qurmağı lazımlı hesab etmirəm, lakin əgər bu məlumat təsdiqlənərsə, əlbəttə ki, bu, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün pozucu amil olacaq”, – diplomat vurğulayıb.

Mariya Zaxarovanın sözlərinə görə, Rəsmi İrəvan Moskvaya məlumat verib ki, ABŞ-dan ölkəyə hərbi texnikanın gətirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb.

“Biz müvafiq nəşrləri gördük və dərhal erməni həmkarlarımızdan dəqiqləşdirmə tələb etdik. Bizə məlumat verilib ki, Vaşinqtondan heç bir rəsmi sorğu daxil olmayıb”, – Zaxarova bildirib.