Blinken Netanyahu ilə görüşdü

ABŞ dövlət katibi Antoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of İsrail” məlumat yayıb.

Onlar Qəzzadakı son durumu və ABŞ-nin İsrailə dəstəyini müzakirə ediblər.

Qeyd edək ki, A.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İsxak Hersoqla görüşüb.

***10:58

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” hesabında bildirib.

“Blinken qalan bütün girovların evlərinə qayıtmasının təmin olunması istiqamətində davam edən səyləri müzakirə etmək üçün İsraildədir. Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir”, – Miller qeyd edib.