ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.
Onun təyyarəsi Adanadakı İncirlik bazasına eniş edib. Diplomatı ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.
Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə minən Blinken havadan zəlzələ bölgəsinə baxış keçirib.