ABŞ Dövlət Departamenti Polşaya 780 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raketləri və buraxılış qurğularının satışını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyi (DSCA) Konqresə rəsmi bildiriş göndərib.
Məlumata görə, Varşavaya 2 506 ədəd “Javelin” raketi və 253 buraxılış qurğusunun verilməsi nəzərdə tutulur. ABŞ administrasiyası hesab edir ki, bu saziş Polşanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və NATO-nun şərq cinahında təhlükəsizliyi artıracaq.
Pentaqon qeyd edib ki, sövdələşmə regionda hərbi balansı dəyişdirməyəcək, lakin Polşanın öz ərazisini qoruma imkanlarını artıracaq.
Tahir Turan
Globalinfo.az