“Türkiyənin sərhədləri təhlükəsiz olarsa, Ankara Suriyadan qoşunlarını çıxara bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​deyib.

O, rəsmi Ankaranın bu məsələyə hansı şərtlər daxilində baxa biləcəyini açıqlayıb.

“Biz konstitusiyanın qəbulu, azad seçkilərin keçirilməsi, tam miqyaslı normallaşma və təhlükəsiz mühitin təmin edilməsi ilə bağlı hər cür dəstəyi verməyə hazırıq. Ancaq sərhədimiz tam təhlükəsiz olduqdan sonra qoşunların çıxarılması məsələsini nəzərdən keçirə bilərik”, – Gülər vurğulayıb.

Qeyd edək ki, 2011-ci ildən bəri  Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf tədricən normallaşmanın mümkünlüyündən danışmağa başlayıb. Belə ki, 2022-ci ilin dekabrında Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ilin ilk danışıqları Rusiyada baş tutub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: