Artıq vərəm xəstələri evdən çölə çıxmırlar, onların bütün müayinələri öz evlərində aparılır, dərmanları da ünvanlarına çatdırılır.
Globalinfo.az xəbər verir ki, içərisində xüsusi avadanlıqlar, tibbi ləvazimatlar, müxtəlif dərman vasitələri olan nəqliyyat vasitələri səyyar xidmət göstərirlər. Ağciyər Xəstəlikləri Mərkəzinin əməkdaşları maşınlarla ünvanlara yollanırlar.
Bundan başqa, müəssisələrdə video-müşahidə xidməti də yaradılıb. Xəstələrlə hər gün tək-tək video əlaqə saxlanılır. Onlar dərmanlarını nəzarət altında qəbul edirlər.
Hazırda paytaxtda 3, Şəmkir, Gəncə, Yevlax, Qobustan, İsmayıllı, Şəki, Quba, Zaqatala, Lənkaran, Masallı, Salyan və Sabirabad rayonlarındakı mərkəzlərin hər birində isə 1 belə səyyar maşın var.
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
