ABŞ-dan İrana xəbərdarlıq: Hazır olun!

i 3 3

ABŞ İrandan nüvə proqramından tam imtina etməsini tələb edir.

Globalinfo.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Tehranı nüvə proqramını dayandırmadığı təqdirdə mümkün mənfi nəticələr barədə xəbərdar edib.

Qeyd olunub ki, ABŞ-ın məqsədi İranın nüvə proqramından tam imtina etməsidir, əgər Tehran bu tələbi qəbul etməzsə, nəticələrə hazır olmalıdır.

“Biz aydın şəkildə bildiririk ki, artıq “mən sənə – sən mənə” prinsipi keçərli deyil, bu, Obamanın (ABŞ-ın 44-cü prezidenti – red.) və Baydenin (ABŞ-ın 46-cı prezidenti – red.) administrasiyaları dövründəki yanaşmadır. Nüvə proqramından imtina edin, yoxsa bunun mənfi nəticələri olacaq”, – deyə o, “CBS News” kanalına verdiyi müsahibədə bildirib.

Aysel Əliyeva
Globalinfo.az