ABŞ-dan Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünənki danışıqlar konstruktiv keçib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

“Son hadisələr davamlı sülhə nail olmaq zərurətini vurğuladı. Birləşmiş Ştatlar tərəflərə buna nail olmaqda kömək etmək öhdəliyi götürür və Dövlət katibi Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv oldu”, – Patel qeyd edib.