1674657276.viza

ABŞ-da H-1B kateqoriyalı vizalar üçün nəzərdə tutulan yeni 100 min dollarlıq rüsum tezliklə qüvvəyə minəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bu ödəniş yalnız yeni ərizələrə aid olacaq və viza sahibi olan şəxslərə şamil edilməyəcək.

Rüsumun illik xarakter daşımadığı, ərizəyə görə bir dəfəlik tətbiq olunduğu açıqlanıb.

ABŞ rəsmilərindən birinin açıqlamasına görə, bu dəyişiklik yüksək ixtisaslı əmək qüvvəsinin cəlb olunması prosesində bəzi hallarda əlavə maliyyə yükü yaradacaq.

H-1B vizası üçün təqdim edilən petisiya, adətən, ABŞ-da fəaliyyət göstərən bir şirkət tərəfindən xarici vətəndaşın işə cəlb olunması məqsədilə göndərilən rəsmi müraciətdir.

Hazırda ölkə xaricində olan və H-1B vizası qüvvədə qalan şəxslərin ABŞ-a dönüşü zamanı bu rüsumun tələb olunmayacağı vurğulanır.

Paylaş: