Avropa Birliyi Qarabağdan gedən ermənilərin maliyyə yükünü bölüşmək və Ermənistanda islahatların həyata keçirilməsinə töhfə vermək üçün büdcə dəstəyi çərçivəsində Ermənistan hökumətinə əlavə 13 milyon avro ayırmaq niyyətindədir.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri AB-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos deyib.
O xatırladıb ki, bu məqsədlə AB və üzv ölkələrin Ermənistana ayırdığı vəsait artıq 100 milyon avroya çatır.
Səfir həmçinin vurğulayıb ki, iqtisadi və investisiya proqramı çərçivəsində AB Ermənistana qrant və kreditlər hesabına 600 milyon avrodan çox sərmayə qoyub, onları infrastrukturun, özəl sektorun və yaşıl iqtisadiyyatın inkişafına yönəldib.