1690716540 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg

ABŞ Müdafiə Nazirliyi ciddi sursat çatışmazlığı ilə üzləşib və istehsalın artırılması üçün uzunmüddətli, əhatəli plana malik deyil.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Baş Nəzarət İdarəsinin (GAO) hesabatında bildirilib.

Hesabata əsasən, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, həmçinin SM-6 və AIM-120 raketləri çatışmır.

Qeyd olunub ki, 2026-cı ildə İranla baş verən münaqişə ABŞ-ın sursat ehtiyatları ilə bağlı problemlərini daha da ağırlaşdırıb.

Pentaqon ehtiyatların artırılması istiqamətində müəyyən addımlar atsa da, istehsalın uzunmüddətli hədəflərini, maliyyələşdirilməsini və nəticələrin qiymətləndirilməsi mexanizmlərini müəyyən edən vahid plan hazırlamayıb.

Hesabatda vurğulanıb ki, bu vəziyyət görülən tədbirlərin ABŞ ordusunun real ehtiyaclarını nə dərəcədə qarşıladığını qiymətləndirməyi çətinləşdirir.

Paylaş: